Qardabanidəki 3 saylı orta məktəb 1987-ci ildə inşa edilib. Yararsız vəziyyətdə olan məktəb binası 2010-cu ildə Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində əsaslı təmir edilib.
2 korpusdan ibarət olan məktəbdə 48 sinif otağı vardır. Əsaslı təmir işləri zamanı məktəbdaxili təmirlə yanaşı, təhsil ocağının fasadı yenilənib, idman meydançası yaradılıb, həyətyanı sahə abadlaşdırılıb.
Məktəb 1256 şagird yerlikdir.