Dmanisidə 2 saylı Azərbaycan beynəlxalq orta məktəbi

  • Layihə
  • Foto


Gürcüstanın Dmanisi şəhərindəki 2 saylı məktəb 1980-ci ildə inşa edilib. Yararsız vəziyyətdə olan məktəb binası 2010-cu ildə Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində əsaslı təmir edilib.


Yenidənqurma işləri zamanı binada bərkidilmə işləri aparılıb, sinif otaqları, dəhlizlər, kitabxana, yeməkxana, idman zalı tam təmir olunub, yeni akt zalı, fənn kabinetləri və kompyuter otağı yaradılıb. Məktəb yeni avadanlıqla təmin olunub.


Məktəbin qaz və elektrik avadanlığı yenilənib, transformator quraşdırılıb, süni örtüklü stadion inşa edilib.


Məktəb 300 şagird yerlikdir. 




01.JPG
03.JPG
04.JPG
07.JPG