Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Uşaq Tibbi Reabilitasiya Xəstəxanası 1973-cü ildən fəaliyyət göstərir. Yararsız vəziyyətdə olan xəstəxana Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildə təmir olunmağa başlamış və 2011-ci ildə yenidənqurma işləri başa çatmışdır. 2011-ci il oktyabrın 18-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva əsaslı təmirdən sonra xəstəxana ilə tanış olub.
Ümumi sahəsi 16700 m² olan xəstəxanada 40 palata, müalicə, bədən tərbiyəsi, psixoloq, EKQ, EEQ, Spa terapiyası, halvanik vanna, sualtı massaj vannası, fizioterapiya otaqları, oyun zalı, yeməkxana vardır. Xəstəxana yeni avadanlıq və müasir cihazlarla təchiz olunub.
Xəstəxananın həyəti abadlaşdırılıb və hovuz tikilib.