Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 34 nömrəli şəhər səhiyyə kompleksi əsaslı surətdə yenidən qurulub. 1980-ci illərdə binada ambulatoriya fəaliyyət göstərib. 2010-cu ilin fevralında burada yenidənqurma işlərinə başlanılıb və 2011-ci ilin fevralında yenidənqurma işləri başa çatıb. 2011-ci il fevralın 25-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva səhiyyə kompleksinin açılışını edib.
Yenidən qurulmuş səhiyyə kompleksi üçün əlavə korpus və təcili yardım binası inşa edilib. 39 otaqdan ibarət səhiyyə kompleksi İtaliya, Türkiyə, Almaniya və Koreya istehsalı olan müasir avadanlıqla təchiz edilib.