2008-ci
ilin oktyabrında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyanda Dövlət Rəsm
Qalereyası yenidən qurularaq istifadəyə verilmişdir. Burada rəsm sərgilərinin
nümayişi ilə yanaşı, peşəkar rəssamlar tərəfindən gənc istedadlar üçün ustad dərsləri
də keçilir.