Heydər Əliyev Fondu İkinci Dünya müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası təşəbbüsünə qoşulub.
2011-ci il sentyabrın 29-da Mehriban Əliyeva Berlin qəsrinin bərpası ilə bağlı başlanan ianə kampaniyasına Heydər Əliyev Fondunun töhfəsi olaraq 50 min avro məbləğində pul çekini Berlin qəsrinin rəhbərliyinə təqdim edib.