Şuşa şəhərində yerləşən Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.
Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Binada vaxtılə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar sökülərək binanın tarixi formasına qaytarılması işləri yerinə yetirilib.