2011-ci il aprelin 18-də Parisdə “Vandom” meydanındakı “Eğvö” hotelində “Odlar yurdu Azərbaycanın müasir əsərləri” sərgisi açılıb. Sərgidə Azərbaycanın 18 modern rəssamının 33 əsəri nümayiş etdirilib.
Sərginin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fransanın mədəniyyət naziri Frederik Mitteran iştirak edib.