2013-cü il fevralın 9-da Strasburqda Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində sərgi və konsert təşkil olunub.
“Tussimo” sərgi salonunda ölkəmizdə istehsal edilən şərablar, habelə xalçalar, misgərlik və dulusçuluq nümunələri, musiqi alətləri və Heydər Əliyev Fondunun xalqımızın tarixindən, mədəniyyətindən, Azərbaycanın turizm imkanlarından bəhs edən nəşrləri nümayiş olunub. Sərgidə Azərbaycan musiqisi səslənib və ölkəmizlə bağlı videoçarxlar nümayiş etdirilib.
Həmin gün Strasburqun məşhur “Musiqi sarayı”nda Azərbaycanın Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti təşkil olunub.
15 fevral 2013
Fransız mətbuatı Heydər Əliyev Fondunun Azərbaycanı yaxından tanıtmaq məqsədi ilə Fransada həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir. “Alzasın son xəbərləri”, “Alzas” və digər mətbu orqanlarında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Alzas regionunun Miluz və Strasburq şəhərlərində təşkil olunan sərginin və konsertin fransızlar arasında böyük maraq...