2013-cü il sentyabrın 19-da Bakıda Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun və “YARAT!” Müasir İncəsənət Məkanının birgə hazırladıqları “Home, sweet home” (“Ev, doğma ev”) mövzusunda sərgi açılıb.
Oktyabrın 10-dək davam etmiş sərgidə “ev” mövzusu ilə əlaqəli olan rəngkarlıq, fotoşəkil, instalyasiya və heykəltəraşlıq işləri nümayiş etdirilib.
Sərgi ilk dəfə 2013-cü il aprelin 18-də Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində nümayiş etdirilib.