2014-cü il aprelin 3-də Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan – tolerantlıq məkanı” sərgisi açılıb.
Sərgidə Reza Deqqatinin 26 foto əsəri nümayiş olunub. Fotolar əsrlər boyu Azərbaycan torpağında dinc yanaşı yaşamış müsəlman, xristian və yəhudi icmalarının həyatından bəhs edir.
5 aprel 2014
Rusiyanın “Rossiya-1” telekanalı Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin Moskvada təşkil olunmuş “Azərbaycan –tolerantlıq məkanı” fotosərgisi haqqında geniş reportaj təqdim edib. Reportajda bildirilir ki, indiyədək dünyanın müxtəlif qaynar nöqtələrində olmuş fotojurnalistin bu dəfəki mövzusu daha maraqlıdır: “Bu sərgiyə qatılanlar...