“Daşın nəğməsi” I Beynəlxalq heykəltəraşlıq simpoziumu

  • Layihə
  • Foto

2016-cı il sentyabrın 24-dən oktyabrın 2-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə VII “Qız qalası” Beynəlxalq incəsənət festivalı çərçivəsində Bakıda “Daşın nəğməsi” (Music in Stone) Beynəlxalq heykəltəraşlıq simpoziumu keçirilib.

 

Oktyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva simpozium çərçivəsində hazırlanmış əsərlərlə tanış olub.

 

Simpoziumun əsas məqsədi yerli təbii daşlardan (Şəmkir qumdaşı, Abşeron əhəngdaşı) müxtəlif əsərlərin yaradılmasıdır.

 

Tədbirdə Azərbaycan, İspaniya, Macarıstan, İtaliya, Fransa, Bolqarıstan, Meksika, Hindistan, Gürcüstan və Makedoniyadan 14 heykəltəraş iştirak edib. Heykəltəraşlar Bakının Qala qəsəbəsində açıq səma altında çalışıblar. Onlar üçün mövzu məhdudiyyəti qoyulmayıb, onlara tam özünüifadə imkanı verilib. Sənət adamları “məhəbbət”, “həyat eşqi” və digər mövzularda əsərlər hazırlayıblar. Bu baxımdan Fərəc Rəhmanovun “Başlanğıc” (Kosmos), Həsən Haqverdiyevin “Obelisk”, Novruz Məmmədovun “Qıraqdan izləyən”, Tural Rzaquliyevin “Ritm”, “Əks olunan” (Azərbaycan), Miqel İslanın “NEKSUS” (İspaniya), Daniel Lüdviqin “Cütlük”, “Baş”, Beata Rostasın “Balans” (Macarıstan), Milena Mladenovanın “Quşadamlar” (Bolqarıstan), Françisko Xaviyer Astorqanın “Kral” (Meksika), Jahurul İslamın “Hindistan kralı”, “Alov” (Hindistan), Genadi Zakaraianın “Mənim Şərqim” (Gürcüstan), Saşo Sazdovskinin “Birləşmə” (Makedoniya), Janine Kortz-Vaintropun “Qıfıl” (Fransa), Cüzeppe Stranonun “Xaosun balansı N3” (İtaliya) əsərlərini qeyd etmək olar.

 

Simpozium çərçivəsində yaradılan işlər Bakının Xətai rayonunda yerləşən “Sevirəm” park kompleksində sərgilənib.



2.jpg
5.jpg
6.jpg
8.jpg
9.jpg
13.jpg
14.jpg
15.jpg
16.JPG
18.JPG
19.JPG
22.jpg
25.jpg
26.jpg
30.jpg