2017-ci il oktyabrın 6-da Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında 1960-cı illərin geyim və bəzək əşyalarından ibarət “Modernizm və moda” sərgisinin açılış mərasimi olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib.
Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən bu sərgi Bakıda ilk dəfə nümayiş olunub. Ekspozisiyada Aleksandr Vasilyev Fondunun nadir kolleksiyasından XX əsrin 60-cı illərinə aid 100 geyim nümunəsi və 350 aksesuar təqdim edilib.
Sərgi indiyədək Sidney, İstanbul, Sankt-Peterburq, Moskva, Riqa və Dauqavpilsdə təqdim olunub. Lakin belə böyük həcmdə ilk dəfə Bakıda sərgilənib.