Üçüncü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı

  • Layihə
  • Foto


23-25 sentyabr 2025-ci ildə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı keçirilib.

 

Festival sentyabrın 23-də və 25-də Bakının bir sıra mədəniyyət ocaqlarını, o cümlədən Heydər Əliyev Mərkəzini, İçərişəhəri, Atəşgah məbədini əhatə edib. Festival günlərində müxtəlif ölkələrdən alimlərin iştirakı ilə beynəlxalq konfrans, Nəsimi yaradıcılığına dair elmi sessiyalar, müzakirələr, sərgilərin təşkili, tamaşaların nümayişi, əbədi-bədii gecə, musiqi təqdimatları keçirilib.

 

Sentyabrın 24-də isə festival Şamaxıda davam edib. İlk dəfə olaraq Nəsimi Bağları Kompleksində təşkil edilmiş festival bu ərazinin müxtəlif məkanlarını əhatə edib. Burada tanınmış və sevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı ilə Nəsimi yaradıcılığına həsr olunan bədii proqram, o cümlədən balet, açıq səma altında “Multidissipilinar incəsənət festivalı”, ustad dərsləri, konsert təqdim edilib.

 

Festival mədəniyyətlər və nəsillər arasında yaradıcı dialoqu təşviq etməyi hədəfləyir. Həmçinin müasir incəsənət nümayəndələrinin Nəsiminin dərin irsi ilə əlaqə qurması, ənənəvi və müasir bədii təcrübələr arasında körpü yaratması üçün bir platforma rolunu oynayır.


01.jpeg
02.jpeg
04.jpeg
05.jpeg
06.jpeg
08.jpeg
9.JPG
10.JPG
11.JPG
12.JPG
13.JPG
14.JPG
15.JPG
16.JPG
17.JPG
18.JPG
19.JPG
20.JPG
23+.JPG
24+.JPG
25+.JPG
26+.JPG
27+.jpg
28+.JPG
29+.JPG
30+.JPG
31+.JPG
32+.JPG
33+.JPG
34+.JPG
35.JPG
36.JPG
37.JPG
38.JPG
39.JPG
40.JPG
41.JPG
42.JPG
43.JPG
44.JPG
45.JPG
46.JPG
47.JPG
48.JPG
49.JPG
50.JPG
51.JPG
52.JPG
53.JPG
54.JPG
55.JPG
56.JPG
57.JPG
58.JPG