2013-cü il sentyabrın 27-də BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında Heydər Əliyev Fondunun, BMT-nin Sivilizasiyaların Alyansı və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın birgə təşkilatçılığı ilə “Azərbaycan-tolerantlıq məkanı” adlı foto-sərginin açılış mərasimi olub.
Bir həftə ərzində davam edən foto sərgidə Heydər Əliyev Fondunun “Tolerantlığın
ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər
etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks
etdirən fotoşəkilləri sərgilənib.