2013-cü il martın 2-də Fransanın Şabli şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində sərgi və konsert təşkil olunub.
Sərgidə xalqımızın tarixi, mədəni dəyərlərini əks etdirən eksponatlar nümayiş olunub. Sərgiyə gələnlərə Heydər Əliyev Fondunun Azərbaycan haqqında nəşrləri paylanıb.
Sonra şəhərin Sən-Martən kilsəsində Azərbaycan incəsənət ustalarının konserti təşkil olunub.
5 aprel 2013
Ötən ilin oktyabrından etibarən Azərbaycanı fransızlara yaxından tanıtmaq istiqamətində Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Fransada keçirilən “Azərbaycan günləri” bu ölkənin mətbu orqanlarında geniş işıqlandırılmaqda davam edir...