2013-cü il aprelin 18-də “YARAT!” Müasir İncəsənət Məkanı Heydər Əliyev Fondu ilə birlikdə Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzində müasir Azərbaycan incəsənətinə həsr olunmuş “Ev, doğma ev” (“Home, sweet home”) mövzusunda sərgi təşkil edib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak ediblər.
Azərbaycanın zəngin rəssamlıq nümunələrini və milli dəyərlərini tanıtmaq, ölkəmizin gənc rəssamlarının əsərlərini dünyaya çatdırmaq məqsədilə təşkil edilmiş sərgidə 25 rəssamın 90 əsəri nümayiş etdirilib.