2013-cü ilin noyabrın 19-da Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Strasburqun “Reyn sarayı”nda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgi və konsert təşkil olunub.
Sərgidə Nizami dövrünə aid edilən arxeoloji tapıntılar – Şirvanşahlar və Atabəylər dövrünün pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar və “Xəmsə”yə daxil olan poemaların süjetləri əsasında işlənən xalça və batiklər, eyni zamanda XIX əsrin sonu - XX əsrin əvvəlində Gəncədə çəkilmiş fotoşəkillər, mütəfəkkir şairin Gəncədəki məqbərəsinin maketi, Bakı, Sankt-Peterburq, Moskva, Roma, Çeboksarı və Pekində ucalan abidələrinin fotoları nümayiş etdiriib. Qonaqlara Heydər Əliyev Fondunun nəşr etdiyi Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən kitablar və broşürlar paylanılıb.
Sərgidən sonra Azərbaycan bəstəkarlarının Nizami Gəncəvinin əsərlərinə bəstələdikləri romanslar və mahnılardan ibarət konsert proqramı təqdim olunub.
27 yanvar 2014
Birləşmiş Ərəb Əmirliyində ingilis dilində nəşr olunan nüfuzlu “Arabian gazette” qəzetində jurnalist Rahma Raşdinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından bəhs edən yazısı dərc olunub. “Nizami Gəncəvi-böyük romantik və epik şair” sərlövhəli yazıda Parisin Məktublar və Əlyazmalar Muzeyində, Strasburqun Reyn sarayında dahi şairin yaradıcılığına həsr olunmuş...
9 yanvar 2014
Fransa mətbuatında Strasburqun Reyn sarayında dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş sərgi ilə bağlı növbəti məqalə dərc olunub. Alzas regionunun ən nüfuzlu gündəlik mətbuat orqanı olan “Alzasın son xəbərləri” qəzetində dərc edilmiş “Dahi Nizami Gəncəvi” sərlöhvəli məqalədə sərginin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirildiyi vurğulanır...
15 dekabr 2013
Strasburq meriyasının internet səhifəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgi haqda məqalə yerləşdirilib. Məqalədə bildirilir ki, Strasburqun Reyn sarayında “XII və XXI əsrləri birləşdirən universal körpü” layihəsi çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi, Alzas bölgəsinin mədəniyyət məsələləri...