2013-cü il dekabrın 5-də Almaniyanın Hamburq şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə “Azərbaycanı tanıdım” layihəsi çərçivəsində “Azərbaycan gecəsi” təşkil olunub.
Şəhərin tarixi Börsensaal zalında təşkil olunmuş tədbirdə Almaniyada heç vaxt olmayan gənc rəssamların bu ölkə haqqında yaradıcı təxəyyüllə çəkdiyi əsərlərdən ibarət “Almaniya bir rəssamın gözü ilə” rəsm sərgisi və Azərbaycanda yaşayan almanların həyatını əks etdirən fotosərgi nümayiş etdirilib. Tədbirdə 5 dildə çap olunmuş “Azərbaycan caz antologiyası” nəşrinin təqdimatı da olub.
Qonaqlara Azərbaycanın milli mətbəxindən təamlar, Heydər Əliyev Fondu tərəfindən nəşr olunan tarix, mədəniyyət, incəsənətə dair müxtəlif kitablar, Azərbaycan muğamı, cazı, klassik və estrada musiqisinə dair disklər təqdim edilib.
Gecədə virtuoz caz ifaçısı İsfar Sarabskinin konserti olub.
Almaniya mətbuatında Heydər Əliyev Fondunun və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Hamburqda keçirilən caz konserti haqda yazı dərc olunub. Müəllif konserti yüksək dəyərləndirir. Məqalədə bildirilir ki, tarixi Börsensaal zalında təşkil olunmuş konsert azərbaycanlı musiqiçilərin Almaniyada bu formatda ilk çıxışı idi: “Əlverişsiz hava şəraitinə baxmayaraq...