UNESCO-da Azərbaycanın çövkən oyununa həsr olunmuş sərgi

  • Layihə
  • Foto


2015-ci il mayın 6-da UNESCO-da Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın Qarabağ atüstü oyunu – çövkənə həsr olunmuş sərginin açılışı olub.

 

Azərbaycanın Qarabağ atüstü oyunu – çövkən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

 

Sərginin açılış mərasimində məşhur fransız yazıçı və ekspert Jan-Lui Quronun müəllifi olduğu “Qarabağ atı” kitabının təqdimatı da keçirilib.

 

Mərasimə UNESCO-nun baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Alfredo Perez, UNESCO-da akkreditə olunmuş daimi nümayəndələr, katibliyin təmsilçiləri, Fransa ictimaiyyətinin nümayəndələri və jurnalistlər qatılıblar.


1.jpg
2.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg
8.jpg
9.jpg
10.jpg