Aprelin 12-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Ümumdünya Forumu çərçivəsində “Sabit inkişafa aparan yolda qlobal iqtisadiyyatın energetika və ekologiya ölçüsü” və “Beynəlxalq münasibətlərin inkişafında vətəndaş təsisatlarının (biznes və media-birliklərin) rolu” mövzularında ikinci sessiya keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Sessiyanın moderatorları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov və İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman olublar.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycanın MDBMİ Məzunları Assosiasiyasının sədri Leyla Əliyeva “Sabit inkişafa aparan yolda qlobal iqtisadiyyatın energetika və ekologiya ölçüsü” mövzusunda sessiyada çıxış edib.