Goranboy şəhərindəki körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib.
Tikinti işlərinə 2015-ci ilin fevralında başlanılıb. 2015-ci ilin sentyabrında müəssisə istifadəyə verilib.
İkimərtəbəli bağça 100 yerlikdir. Müəssisə lazımi avadanlıqla təchiz olunub.