Horadiz şəhərində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib. 2014-cü il avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
İkimərtəbəli bağçada dörd qrup fəaliyyət göstərir. Bina zəruri avadanlıqla təchiz edilib, uşaqların təlim-tərbiyəsi üçün bütün imkanlar yaradılıb. Uşaqların qidalanmasına xüsusi diqqət yetirilir.
Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb.