Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən 277 saylı körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulub.
220 yerlik körpələr evi-uşaq bağçası iki korpusdan ibarətdir. Müəssisə zəruri mebel, inventar və avadanlıqla təchiz olunub.
Uşaq bağçasının həyətyanı sahəsi abadlaşdırılıb, burada əyləncə qurğuları quraşdırılıb.