PT6K0438.JPG
11 yanvar 2008

Mehriban Əliyeva ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Bill Şusterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-ABŞ Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yanvarın 11-də ABŞ Konqresinin Nümayəndələr palatasında Azərbaycan üzrə işçi qrupunun həmsədri, konqresmen Bill Şusterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.


Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığa əsaslanan möhkəm siyasi münasibətlərin yüksələn xətlə inkişaf etməsini vurğulayan Mehriban xanım Əliyeva bildirmişdir ki, konqresmenlər xanım Şelli Mur Kapitonun, cənab Con Porterin və Fil İnqlişin ölkəmizə səfərləri ikitərəfli parlamentlərarası əlaqələrin inkişafında xüsusi əhəmiyyət kəsb edir.

 

Mehriban xanım Əliyeva qonaqlara rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, onun həyata keçirdiyi layihələr haqqında məlumat vermiş, səhiyyə, təhsil, mədəniyyət və ətraf mühit sahələrində əldə edilmiş uğurları xüsusi xatırlatmışdır.

 

Səmimi görüşə görə təşəkkürünü bildirən qonaqlar ABŞ Konqresi ilə əlaqələrin möhkəmləndirilməsi və Azərbaycanın ABŞ-da daha yaxından tanıdılması məqsədi ilə Amerika konqresmenlərinin Azərbaycana vaxtaşırı səfərlərinin təşkilində, habelə humanitar sahə və ətraf mühitlə bağlı layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun oynaya biləcəyi rolu vurğulamışlar.

 

Görüşdə ətraf mühitin qorunması və ekoloji çirklənmənin qarşısının alınması sahəsində Azərbaycan-ABŞ əməkdaşlığına dair fikir mübadiləsi aparılmışdır. 


FOTO