4 sentyabr 2013

Heydər Əliyev Fondu yeni tədris ili ərəfəsində məktəblərə 15 minə yaxın çanta və dərs ləvazimatı paylayıb

Heydər Əliyev Fondunun 10 ildir həyata keçirdiyi “Təhsilə dəstək” layihəsi çərçivəsində növbəti aksiya gerçəkləşdirilib. Aksiya 2013-2014-cü dərs ili ərəfəsində respublikanın müxtəlif bölgələrində ilk dəfə məktəbə gedəcək qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini əhatə edir. Artıq onlar üçün nəzərdə tutulmuş 15 minə yaxın çanta və dərs ləvazimatı məktəblərə paylanıb.

 

Birinci sinif şagirdlərinə təqdim olunan çantaya 15 adda dərs ləvazimatı - fənn dəftərləri, üç adda albom, rəngli karandaşlar, plastilin, boya, qayçı, qələm və s. qoyulub.