17 iyun 2014

Oğuz şəhərində 100 yerlik yeni uşaq bağçasının tikintisinə başlanılıb

Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Oğuz şəhərinin Dədə Qorqud küçəsində 100 yerlik yeni uşaq bağçasının tikintisinə başlanılıb.

 

Proqram çərçivəsində tezliklə şəhərin yeni yaşayış massivində 100 yerlik daha bir bağçanın tikintisinə başlanılması nəzərdə tutulur.