Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Binanın inşasına 2014-cü ilin mayında başlanılıb. Ümumi sahəsi 1200 kvadratmetr olan bağça lazımi avadanlıqla təchiz edilib. Bağçanın ərazisində yaşıllıq zolağı salınıb, gül kolları əkilib, 2 yay çardağı, attraksion meydançası quraşdırılıb.
Bağçada 30 nəfər pedaqoji işçinin çalışması nəzərdə tutulub.