1.jpg
22 oktyabr 2015

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xızıda inşa olunan uşaq bağçası-körpələr evi istifadəyə verilib

Oktyabrın 22-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xızı rayonunun Sitalçay kəndində inşa olunan uşaq bağçası-körpələr evi istifadəyə verilib.

 

Uşaq bağçasında 50 körpənin təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Uşaq bağçası-körpələr evində iki yaşından beş yaşınadək uşaqlara təhsilin ilkin mərhələsi ilə yanaşı, rus və ingilis dilləri də tədris ediləcək, onlara rəqs və musiqi öyrədiləcək.


FOTO