absheron masazir.jpg
17 mart 2015

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Masazırda yeni uşaq bağçası istifadəyə verilib

Martın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsində yeni uşaq bağçası istifadəyə verilib. Açılış mərasimində Abşeronla qardaşlaşan Misirin Qalubiyyə vilayətinin qubernatoru Məhəmməd Əbduzzahirin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.

 

Uşaq bağçası ilə tanışlıq zamanı məlumat verilib ki, burada uşaqlara rus və ingilis dilləri də tədris ediləcək, rəqs və musiqi öyrədiləcək. Yaşlarına müvafiq olaraq 6 qrupa bölünən uşaqların tərbiyəsi ilə 12 müəllim və 1 musiqi rəhbəri məşğul olacaq.