Saatlıda Ömər Faiq Nemanzadə adına Günəşli kənd ümumi orta məktəbi 1994-cü ildə ibtidai məktəb kimi fəaliyyətə başlayib. Ötən müddətdə bina istifadəyə yararsız vəziyyətə düşdüyündən yeni məktəb binasının inşasına ehtiyac yaranmışdır.
Heydər Əliyev Fondunun təhsil sahəsindəki daha bir layihəsi də məhz bu səbəbdən Saatlı rayonunu əhatə edib.
Yeni məktəb binası 3 mərtəbəlidir və 4 korpusdan ibarətdir.
Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
Burada 17 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim otağı, tibb otağı, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası yaradılıb.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.