8 iyul 2005

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xaçmazda yeni məktəb binaları inşa edilir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına əsasən növbəti dərs ilinədək rayonun Müşkür kəndində smeta dəyəri 675 milyon 77 min manat olan 200 yerlik, Maqsudkənd və Sayad kəndlərində smeta dəyəri 427 milyon 46 min manat olan 100 yerlik təzə orta məktəb binaları tikilir.

 

Məktəblərdə 82 milyon manatlıq avadanlıq quraşdırılacaqdır. Tikinti işlərində yerli işçi qüvvəsindən istifadə olunmasına üstünlük verilir.

 

Kənd sakinləri, müəllim və şagirdlər xeyirxah qayğıya görə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.