13 iyul 2005

Kənd rayonlarında məktəb binaları tikilir

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq, Fondun vəsaiti hesabına respublikanın kənd rayonlarında 100, 200 və 240 yerlik məktəb binalarının tikintisi sürətlə davam etdirilir.

 

Fondun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırda Quba rayonunun Qəçrəş, Yardımlı rayonunun Allar, Şıxhüseynli, Hamarkənd, Pirembel, Bürzünbül və Yolocaq kəndlərində, Cəlilabad rayonundakı Bəcirəvan, Cəlayır, Kövüzbulaq və Günəşli kəndlərində, Biləsuvarın Aranlı və Çinarlı yaşayış məntəqələrində məktəb binaları, o cümlədən Biləsuvar şəhər 1 nömrəli məktəbi üçün yeni korpus tikilməkdədir.

 

Yeni təhsil ocaqlarının inşası Masallı rayonunun Təzəkənd, Güllütəpə, Lerikin Hamarat, Sors, Lənkərandakı Şağlaküçə və Girdəni kəndlərində də eyni sürətlə aparılır.

 

Binaların layihələrini "Azərdövlətlayihə" İnstitutu hazırlamışdır. Yeni məktəblər bu ilin sentyabrında şagirdlərin ixtiyarına veriləcəkdir.