16 iyul 2005

Samux rayonunda 3 məktəb tikiləcəkdir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq, növbəti dərs ilinə qədər rayonun Əliuşağı, Füzuli kəndlərində və Qarayeri qəsəbəsində hər birinin smeta dəyəri 675 milyon manat olan 200 yerlik təzə orta məktəb binaları tikilir. Məktəblərin hər birinə 41 milyon manatlıq avadanlıq da alınıb quraşdırılacaqdır. Tikinti işlərində yerli işçi qüvvəsindən istifadə olunmasına üstünlük verilir.

 

Bu məktəblərin hamısı indiyədək qeyri-münasib binalarda fəaliyyət göstərmişdir.


Kəndlərin sakinləri, müəllim və şagirdlər onların məktəb probleminin həllinə göstərdiyi xüsusi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.