0.jpg
8 sentyabr 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Astara rayonunun Təngərud kəndində məktəbin tikintisi ilə tanış olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin cənub bölgəsinə səfəri çərçivəsində, sentyabrın 8-də Astara rayonunun Təngərud kəndində yeni məktəb binasının tikintisi ilə tanış olmuşdur. 


Mehriban xanımı gülərüzlə qarşılayan müəllim və valideynlər məktəb barədə ona ətraflı məlumat verdilər. Bildirdilər ki, yaxşı ənənələri olan bu məktəbdə on illərdən bəri təmir işi görülməmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada 16 sinif otağı olacaq yeni binanın tikintisindən son dərəcə razı qalan sakinlər Mehriban xanıma öz təşəkkürlərini bildirdilər. İnşaatçılar isə söz verdilər ki, bina oktyabrın 1-dək tam hazır olacaqdır.


Mehriban xanım Əliyeva ölkəmizin gələcəyi olan uşaqlara qayğı və diqqətin ifadəsi kimi, "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Fondun təşəbbüsü ilə hazırda respublikamızda 132 məktəbin tikildiyini xatırlatdı və bildirdi ki, Fond gələn ildən daha 500 məktəbin tikintisi üçün geniş proqram hazırlamışdır.


YUNESKO-nun xoşməramlı səfiri kənd sakinləri ilə səmimi söhbət etdi, onlarla xatirə şəkli çəkdirdi.


FOTO

Paylaş: