8 iyul 2010

Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib

Qəbələ Mərkəzi Rayon Xəstəxanasında talassemiya və hemofiliyalı xəstələrə yardım məqsədi ilə “Donor günü” keçirilmişdir.

 

Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında 135 nəfər rayon sakini könüllü olaraq iştirak etmişdir.

 

Xeyriyyə tədbirində mərkəzi rayon xəstəxanasının, Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzinin və 10 saylı ərazi vergilər idarəsinin kollektivi daha çox fəallıq göstərmişlər. Gün ərzində 30 litrdən çox qan toplanmışdır.

 

Qan ehtiyatı Respublika Qan Bankına göndərilmişdir.