2 sentyabr 2008

Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsrailli həkimlər Gəncədə müayinə günü keçiriblər


Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İsrailin qadın sağlamlığı mərkəzinin həkimləri Gəncə şəhərinin Abbas Səhhət adına mərkəzi xəstəxanasında olmuş və onkoloji və ginekoloji xəstəliklərin erkən aşkar olunması məqsədilə müayinələr aparmışlar.


İsrailli həkimlər, həmçinin, bu xəstəliklərin müalicəsinə dair məsləhətlər vermişlər.