03_HEYDER ELIYEV FONDU TEREFINDEN DIABET XETELERINE DERMAN PAYLANILMASI_FOTO(NAMIK MEMMEDOV).jpg
5 yanvar 2006

Şəkərli diabetə tutulmuş uşaqlara dərman preparatları və yeni il hədiyyələri təqdim olunub

Bakı Baş Səhiyyə İdarəsində şəkərli diabetə tutulmuş uşaqlara bu xəstəliyin müalicəsi üçün dərman preparatlarının və yeni il hədiyyələrinin təqdim olunması mərasimi keçirilmişdir. İdarənin rəhbəri Leyla Seyidməmmədova bu xeyriyyə tədbirinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ikinci ildir keçirildiyini vurğulamış və belə humanist münasibətə görə ölkənin birinci xanımına minnətdarlığını bildirmişdir.


Tədbirdə Bakının tibb müəssisələrində dispanser uçotunda olan 217 xəstə uşağa insulin və xüsusi ağrısızlaşdırıcı şpris-qələmlər verilmişdir.


Xatırladaq ki, Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkəmizdə 59 min diabet xəstəsi var və onların 18 mini bu xəstəliyin ağır, insulindən asılı formasından əziyyət çəkir. Hazırda Azərbaycanda 444 uşaq və 298 yeniyetmə şəkərli diabet xəstəsidir. 2004-cü ildə Azərbaycanda "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Qanun qəbul edilmişdir. Bu, MDB məkanında ilk belə qanundur və MDB Parlamentlərarası Assambleyasının təklifi ilə Birlik ölkələrinin parlamentləri üçün model kimi tövsiyə edilmişdir. Cari ildən gerçəkləşdirilməyə başlanan bu dövlət proqramının maliyyələşdirilməsi üçün 2006-cı ilin büdcəsindən 45 milyard manat vəsait ayrılmışdır.


FOTO