İyunun 29-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakıda keçirilən Krans Montana Forumunda iştirak edən Nigerin birinci xanımı Aissata İssufu Mahamadu ilə görüşüb.
Nigerin
birinci xanımını Azərbaycanda salamlayan Mehriban xanım Əliyeva dəvəti qəbul
edib Bakıda keçirilən Krans Montana Forumunda iştirakına görə Aissata İssufu
Mahamaduya minnətdarlığını bildirdi. Azərbaycanın birinci xanımı qonağın
çıxışının maraqlı olduğunu, onun öz ölkəsi haqqında dəyərli məlumat verdiyini
diqqətə çatdırdı.
Aissata İssufu Mahamadu dəvətə görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. “Mən Azərbaycan haqqında çox eşitmişdim, amma gördüklərim bütün məlumatları üstələyir”, - deyən Nigerin birinci xanımı Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin inkişafı üçün gördükləri işləri yüksək qiymətləndirdi. O vurğuladı ki, Azərbaycan Niger üçün model ola bilər.