10 aprel 2012

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Birlik Ulduzları” dövlətlərarası mükafatına layiq görülüb

“Birlik Ulduzları” mükafatı laureatlarının təltif edilmə mərasimi yaxın vaxtlarda Moskvada keçiriləcəkdir.


“Birlik Ulduzları” dövlətlərarası mükafatı MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və Birliyin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilmişdir. Mükafat hər il elm və təhsil, mədəniyyət və incəsənət sahəsində, humanitar fəaliyyətə sanballı töhfə və nailiyyətlərə görə verilir. Bu il “Birlik Ulduzları” mükafatı üçüncü dəfə təqdim ediləcəkdir.