01.JPG
1 fevral 2013

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova Fransanın “İncəsənət və ədəbiyyat” ordeni təqdim olunub

1 fevral 2013-cü il tarixində Heydər Əliyev Mərkəzinin direktoru, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova Fransanın “İncəsənət və ədəbiyyat”  (kavaler dərəcəsi) ordeni təqdim olunmuşdur. Təltif olunma haqqında qərar  Fransa hökuməti tərəfindən   13 aprel 2012-ci il tarixində qəbul edilmişdir.

 

1957-ci ildə təsis olunmuş mükafat Fransada və dünyada incəsənət və ədəbiyyatın təbliğinə, ölkələrarası əlaqələrin inkişafına, mədəniyyətlərarası dialoqa töhfələr vermiş şəxslərə verilir.

 

Mükafatı Anar Ələkbərova təqdim edən Fransanın Azərbaycandakı səfiri Paskal Mönye  iki ölkə arasında  humanitar sahədə əməkdaşlıqdan  danışarkən   Heydər Əliyev Fondunun bu sahədəki işlərini  “dostluq layihələri”   adlandırmışdır. Səfir Anar Ələkbərovun “İncəsənət və ədəbiyyat”  ordeni ilə təltif olunmasını onun Fransa-Azərbaycan əlaqələrinin inkişafına, iki ölkənin mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinə,  xalqlarımızın bir-birini daha yaxından tanımasına xidmət edən layihələrdə göstərdiyi səylərə Fransa hökuməti tərəfindən verilən yüksək qiymət kimi dəyərləndirmişdir.


FOTO