7 iyun 2013

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva YAP-ın sədr müavini vəzifəsinə seçilib

İyunun 7-də Bakıda, “Buta” sarayında Yeni Azərbaycan Partiyasının (YAP) V qurultayı keçirilib.

 

Qurultayda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva partiya sədrinin müavini vəzifəsinə seçilib.

 

Qeyd edək ki, YAP sədrinin digər müavinləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Millət vəkili Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov seçiliblər.