“Təmiz Şəhər” ASC Heydər Əliyev Fondunun dəstəyi ilə Mingəçevirdə tələbələr üçün yay məktəbi təşkil edib.
50 tələbənin qatıldığı “Təmiz şəhər naminə” yay məktəbi təlim-tədris və mədəni-idman hissələrindən ibarət olacaq.
Birinci hissədə ekologiya və tullantıların idarə olunması ilə bağlı mütəxəssislər mühazirə oxuyacaqlar. Eyni zamanda, ətraf mühitin mühafizəsi və “yaşıl düşüncə” üzrə maarifləndirici sessiyalar, natiqlik və debat formatı üzrə təcrübi kurslar keçiriləcək.
Məktəbin mədəni-idman hissəsində isə müxtəlif intellektual və idman oyunları təşkil olunacaq.
İyulun 15-dək davam edəcək yay məktəbinə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi təşkilati dəstək göstərir.