bursa-ehsan.jpg
12 dekabr 2013

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ehsan verib

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursa şəhərindəki qədim Darüziafə qəsrində ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar ehsan verib.

 

Salona toplaşmış Bursa Uludağ Universitetinin müəllim və tələbələrinin, şəhər bələdiyyəsi və ictimaiyyət nümayəndələrinin ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmələrindən sonra din xadimi Quran oxuyub.

 

Uludağ Universitetinin beynəlxalq əlaqələr kafedrasının müdiri, professor Tayyar Arı ulu öndər Heydər Əliyevin Azərbaycan, Türkiyə və bütün türk dünyası qarşısındakı misilsiz xidmətlərindən bəhs edib.

 

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin əməkdaşı Ramil Ağayev isə nümayəndəliyin Türkiyədə həyata keçirdiyi layihələrdən, gördüyü işlərdən danışıb.