28 dekabr 2013

Qaradağ rayonunda xüsusi qayğıya ehtiyacı olanlar və kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə xüsusi qayğıya ehtiyacı olanlar və kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirilib.

 

Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısından danışıb: “Heydər Əliyev Fondu uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatmaları üçün mühüm layihələr həyata keçirir və bu iş getdikcə daha geniş vüsət alır”.

 

Konsert proqramı ilə davam etdirilən tədbirin sonunda uşaqlara hədiyyələr paylanılıb.