1400259476.jpg
16 may 2014

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mayın 16-da Qəbələ Müalicə Diaqnostika Mərkəzində “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib.

 

Talassemiyali və hemofiliyalı xəstələrə yardım məqsədi daşıyan xeyriyyə tədbirində rayonun idarə və təşkilatlarında, təhsil və səhiyyə ocaqlarında çalışan 190 nəfər könüllü olaraq iştirak etmişdir. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun mütəxəssisləri gün ərzində donorlardan topladıqları qanı Mərkəzi Qan Bankına göndərmişlər.