1401369022.jpg
29 may 2014

İsrailin Tirat Karmel şəhərində “Azərbaycan tolerantlıq ərazisidir” fotosərgisinin açılışı olub

İsrailin Hayfa yaxınlığında yerləşən mənzərəli Tirat Karmel şəhərində “Azərbaycan tolerantlıq ərazisidir” fotosərgisinin açılışı olub.

 

Sərgi 2014-cü ildə Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə assosiasiyanın keçirdiyi böyük layihə çərçivəsində təşkil edilib. Fotosərginin təşkilində bələdiyyə idarəsi və “Natali” qənnadı fabriki də iştirak edib.

 

Sərginin açılışında Tirat Karmel şəhərinin meri Arye Tal, əslən bakılı olan şəhər sovetinin deputatı Aviran Mişiyev, “Tsaarey Beyteynu” təşkilatının nümayəndəsi Yosi Peysarov, Kiyat-Yama şəhər sovetinin deputatı Marqarita Kozakova iştirak ediblər.

 

Tədbirin təntənəli hissəsindən sonra konsert olub.