_VUQ0128.jpg
4 noyabr 2014

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Macarıstanın dövlət mükafatı ilə təltif olunub

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində, bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı – “Komandor xaç” ordeni  ilə təltif olunub.

 

Mükafatı təqdim edən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Anar Ələkbərovun “Komandor xaç” ordeni ilə təltif edilməsi haqqında Macarıstan Prezidentinin Sərəncamını oxuyub. Nazir, Heydər Əliyev Fondunun iki ölkə və xalqlar arasında münasibətlərin dərinləşməsi sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib.

 

Heydər Əliyev Fondu və Fondun icraçı direktoru Anar Ələkbərovun Macarıstana dost münasibətini diqqətə çatdıran Peter Siyatro Budapeştdə


Əlil uşaqlar üçün Reabilitasiya Mərkəzinin inşasında göstərilən təşəbbüs və dəstəyə görə təşəkkürünü bildirib. “Qayğıya ehtiyacı olan fiziki qüsurlu gənclərə Heydər Əliyev Fondu tərəfindən diqqət təkcə Macarıstan üçün əhəmiyyət kəsb etmir” - deyən  nazir bir müsəlman dövlətinin xristian ölkəsində həyata keçirdiyi bu cür layihələrin önəmini vurğulayıb: “Fond bu layihələri ilə regionda və dünyada hər bir kəsin sülh şəraitində yaşamağa, bir-birinə yardım etməyə qadir olduğunu nümayiş etdirir”.

 

Təqdimetmə mərasimində çıxış edən Anar Ələkbərov mükafata görə təşəkkürünü bildirib, Heydər Əliyev Fondunun səhiyyə, sosial, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi layihələrdən danışıb. Anar Ələkbərov Fondun istər Azərbaycanda, istərsə də digər ölkələrdə fəaliyyəti zamanı hər bir insanı, xüsusən qayğıya ehtiyacı olan insanları daim diqqətdə saxladığını bildirib. İcraçı direktor Heydər Əliyev Fondunun Macarıstanda başladığı layihələrin əhatə dairəsinin genişlənəcəyini söyləyib.


FOTO