7 may 2016
Qaxda 5 saylı körpələr evi-uşaq bağçası üçün tikilən bina istifadəyə verilib
Mayın 7-də Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin
inkişafı” proqramı çərçivəsində Qax şəhərində 5 saylı körpələr evi-uşaq bağçası
üçün tikilən 100 yerlik bina istifadəyə verilib.
Şəhərin 28 May küçəsində inşa edilən iki mərtəbəli
binanın tikintisinə 2014-cü ildə başlanılıb. Binada 5 qrup otağı, həmçinin
idman və musiqi zalları, yeməkxana, tibb və inzibati otaqlar yerləşir. Bütün
otaqlar lazımi avadanlıqla təchiz edilib. Binada müasir istilik sistemi
quraşdırılıb.