21 noyabr 2011

Moskvada təhsilalan azərbaycanlı tələbələrarasında “Nə? Harada? Nə vaxt?” yarışının seçmə oyunu keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “AMOR Liqası” çərçivəsində Moskvada təhsil alan azərbaycanlı tələbələr arasında “Nə? Harada? Nə vaxt?” yarışının seçmə oyunu keçirilmişdir. 


“AMOR Liqası”nın əlaqələndiricisi Natiq Əliyevin verdiyi məlumata görə, yarışda Rusiyanın 14 tanınmış universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.


Tədbirin aparıcısı “Nə? Harada? Nə vaxt?” Klubları Beynəlxalq Assosiasiyasının “Büllur bayquş” mükafatına layiq görülmüş Rövşən Əsgərov olmuşdur.


Gərgin keçən mübarizədə Moskva Maliyyə Universitetinin komandası qalib gələrək final oyununda iştirak etmək hüququ qazanmışdır.